525.Az
Gəncədə körpə doğuş zamanı öldü
Gəncədə yeni doğulan uşaq dünyasını dəyişib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü İlahə Həsənova Gəncə Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.
Lakin uşaq doğuşdan sonra ölüb. Ananın vəziyyətinin normal olduğu bildirilir.
Bu, İ. Həsənovanın ilk doğuşu olub.
09.03.2017
çap et