525.Az

Azərbaycan Qazaxıstanda keçiriləcək festivalda təmsil olunacaq


 

Azərbaycan Qazaxıstanda keçiriləcək festivalda təmsil olunacaq<b style="color:red"></b> Martın 13-dən 18-dək Almatıda M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
 
Tədbirdə Azərbaycan da təmsil olunacaq. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov festivalda münsif qismində iştirak etmək və master-klass keçirmək üçün Qazaxıstana dəvət olunub. V. Qafarov beynəlxalq konfransda “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə də çıxış edəcək.
 





09.03.2017    çap et  çap et