525.Az

"Pobeda" Rostov-Bakı marşrutu üzrə uçuşları 4 aylıq dayandırır


 

"Pobeda" Rostov-Bakı marşrutu üzrə uçuşları 4 aylıq dayandırır<b style="color:red"></b>

Rusiyanın "Pobeda" aviaşirkəti yay ayları üçün Rostov şəhərindən Bakıya uçuşları dayandırır.
 
"APA-Economics" xəbər verir ki, hazırda "Pobeda" Rostov-Bakı aviareysi üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri uçur.

Martın 28-dən etibarən reyslərin sayı 3-dək endiriləcək.

Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.
 
Bununla yanaşı, mayın 30-dan sentyabrın 26-dək reyslər tamamilə dayandırılacaq.

Xatırladaq ki, "Pobeda" Rostov-Bakı marşrutu üzrə ötən ilin oktyabrın 31-dən uçmağa başlayıb.

 





10.03.2017    çap et  çap et