525.Az

"Şelkunçik" maraqla qarşılandı


 

"Şelkunçik" maraqla qarşılandı<b style="color:red"></b>

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Çaykovskinin "Şelkunçik" baleti nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə təqdim olunan səhnə əsərində akademiyanın şagird və tələbə heyəti iştirak edib.

Baletin quruluşçu xoreoqrafı Əməkdar müəllim Pullumb Ağalıyay, bədii rəhbəri isə Xalq artisti Kamilla Hüseynovadır.

Xeyriyyə məqsədilə nümayiş olunan səhnə əsəri kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

Həmçinin səhnə əsəri sağlamlıq məhdudiyyəti olan uşaqların estetik tərbiyəsinə müsbət təsir göstərmək, xoreoqrafiya sənətinə maraq yaratmaq məqsədi daşıyır.

Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində Murad Kərimov, Dinarə Şirinova, Maksim Labaçov, Nərgiz Abdullayeva, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov və akademiyanın digər tələbələri iştirak ediblər.

Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və tələbələrin məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

 





10.03.2017    çap et  çap et