525.Az

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 6-ya çatdı


 

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 6-ya çatdı <b style="color:red"></b> Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə vəfat edib.
 
Bu barədə APA-ya 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildiriblər ki, reanimasiya şöbəsində ağır vəziyyətdə olan olan L. Nəsirzadə martın 11-də səhər saatlarında dünyasını dəyişib.
 
O, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub.
 
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölmüşdü.
 
Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il).
 
Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
 





11.03.2017    çap et  çap et