525.Az

SOCAR 7 tanker alıb


 

SOCAR 7 tanker alıb<b style="color:red"></b>

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.
 
A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.

 





13.03.2017    çap et  çap et