525.Az

Vergilər Nazirliyinin departament rəhbəri dəyişdi


 

Vergilər Nazirliyinin departament rəhbəri dəyişdi<b style="color:red"></b> Vergilər nazirinin əmri ilə nazirliyin strukturunda Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb.
 
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yeni departament vergi orqanları və yerli strukturlar arasında koordinasiyanı təmin edəcək.

Departamentin tərkibində Əlaqələndirmə, İdarəetmə, Monitorinq və Qiymətləndirmə şöbələri fəaliyyət göstərəcək ki, onlar Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsinin təmin edilməsi, vergi əməletməsi üzrə fəaliyyətin kompleks təhlili istiqamətində və s. funksiyaları icra edəcək.
 
Yeni yaradılmış departamentin baş direktoru vəzifəsinə vergilər nazirinin müşaviri İlqar Əhmədov təyin edilib.
 





13.03.2017    çap et  çap et