525.Az

Türkiyə Niderlanda iki nota verdi


 

<b style="color:red">Türkiyə Niderlanda iki nota verdi</b> Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.
 
Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib.
 





13.03.2017    çap et  çap et