525.Az

Trampla Merkelin ilk görüşü təxirə salındı


 

Trampla Merkelin ilk görüşü təxirə salındı<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş Vaşinqtonda gözlənilən şiddətli qarla əlaqədar təxirə salınıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
 
“Prezident Tramp Almaniya kansleri ilə telefon danışığı aparıb. Tərəflər qeyri-sabit hava şəraiti əlaqədar görüşün cümə günü, martın 17-ə keçirilməsi barədə razılığa gəliblər. Danışıqların gündəliyi dəyişməz qalıb”, deyə Ş.Spayser bildirib.
 
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olmalı idi.
 





14.03.2017    çap et  çap et