525.Az

"Ukrayna Transxəzər marşrutunun imkanlarından maksimum istifadə etməlidir"


 

"Ukrayna Transxəzər marşrutunun imkanlarından maksimum istifadə etməlidir"<b style="color:red"></b>

"Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsini artırmaq üçün Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarından istifadə etmək lazımdır".

"APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı bildirib.

"Bilirsiniz ki, hazırda bizim məhsullarımızın Rusiya üzərindən ötürülməsində ciddi problemlər mövcuddur. Rusiya birtərəfli qaydada məhsullarımızın öz ərazisindən tranzit qaydada keçirilməsinə qadağa qoyub. Bunun üçün də biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarından maksimum istifadə etməkdə maraqlıyıq", - deyə baş nazir bildirib.
 
O əlavə edib ki, Ukrayna və Azərbaycan məhsullarının dövriyyəsinin artırılması üçün görüləcək xeyli işləri var.

 





14.03.2017    çap et  çap et