525.Az

Danimarka şahzadəsi vəfat etdi


 

Danimarka şahzadəsi vəfat etdi<b style="color:red"></b> Danimarka şahzadəsi, kraliça Marqretin qaynı Riçard Berleburqski 82 yaşında vəfat edib. 
 
APA-nın  “The Local”a istinadən verdiyi xəbərə görə, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.
 
Tam adı Riçard Kazimir Karl Avqust Konstantin Sayn Vitqeynşteyn-Berleburq olan şahzadə Riçardın uzun müddət səhhətindəki problemlərdən əziyyət çəkib.

O, 2003-cü ildə Almaniyada dəri xərçəngindən müalicə olunub, bir müddət sonra isə onda bədxassəli şişin olduğu müəyyən edilib.
 





15.03.2017    çap et  çap et