TRT-nin ən məşhur musiqi qrupu olan "Axşam Səfası" mayın 1-də Heydər Əliyev adına Sarayda konsert verəcək.
TRT-nin ən məşhur sənətçilərinin verəcəyi konsertdə Azərbaycanın iki məşhur müğənnisi də səhnəyə çıxacaq.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın verdiyi məlumata görə, ustad sənətkar Alim Qasımov və məşhur müğənni Tünzalə "Akşam Səfası"nın konsertində iştirak edəcək.
Qonaq qrup aprelin 29-da Azərbaycana gələcək, mayın 1-də isə Heydər Əliyev Sarayındakı məşqindən sonra səhnəyə çıxacaq.
Türkiyənin Bakıdakı səfirliyi, Bakı Mədəniyyət və Tanıtma Müşavirliyi və "İstanbul Shopping Fest"in sponsorluğuyla keçirilən konsert TRT-nin 3 kanalı və İctimai Televiziyadan canlı yayımlanacaq.
Azərbaycan Prezident Administrasiyasının dəvətilə Bakıya səfər edəcək TRT-nin baş direktoru İbrahim Şahin də konsertin tamaşaçıları arasında olacaq.
çap et