525.Az

Almaniyalı nazirə bomba göndərildi


 

Almaniyalı nazirə bomba göndərildi<b style="color:red"></b> Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.
 
APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, V. Şoybleyə ünvanlanan şübhəli bağlamanı  nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.
 
Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükə kəsb etdiyini təsdiqləyib.
 
Faktla bağlı araşdırma aparılır.
 





16.03.2017    çap et  çap et