525.Az

Bu gün Merkel və Tramp Vaşinqtonda görüşür


 

Bu gün Merkel və Tramp Vaşinqtonda görüşür<b style="color:red"></b> Almaniya kansleri Angela Merkel bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk dəfə görüş keçirəcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bundan əvvəl Tramp telefon danışığında Almaniya hökumətinin rəhbərini ABŞ-a səfər etməyə çağırıb. Lakin, martın 14-nə planlaşdırılmış görüş qar boranı səbəbindən martın 17-nə keçirilib.
 
Kanslerin dəftərxanasından verilən xəbərə görə, təkbətək və geniş tərkibdə keçiriləcək danışıqlar zamanı Trans-Atlantik tərəfdaşlıq və beynəlxalq siyasətə dair məsələlər müzakirə ediləcək.
 
Günün ikinci yarısında  birgə mətbuat-konfransı və Merkelin şərəfinə ziyafət veriləcəyi bildirilib.  Daha sonra Tramp Berlinə geri qayıdacaq.
 





17.03.2017    çap et  çap et