525.Az

Merkel: “Almaniya NATO-ya ödənişləri artıracaq”


 

Merkel: “Almaniya NATO-ya ödənişləri artıracaq”<b style="color:red"></b> Almaniya NATO-ya ödənişləri artıracaq.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında deyib.
 
“Almaniya NATO-ya ödənişləri artıracaq. Biz art;q 2016-cı ildə müdafiə xərclərimizi 8% artırmışıq. Ümumilikdə, ABŞ-ın Əfqanıstanda missiyanı davam etdirmək və  beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqda israrlı olması məni sevindirdi”, deyə A.Merkel bildirib. 
 
Xatırladaq ki, yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
 





18.03.2017    çap et  çap et