525.Az

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Pekin və Seula gedir


 

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Pekin və Seula gedir<b style="color:red"></b> ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cosef Yun Çin və Cənubi Koreyaya səfər edəcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
Məlumata əsasən, martın 23-dək davam edən səfər zamanı Cosef Yun Çin və Cənubi Koreya rəsmiləri ilə koordinasiya imkanlarının artırılması məsələlərini müzakirə edəcək.
 
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Reks Tillersonun Çinə ikigünlük səfəri başlayır. Onun  Pekində aparacağı danışıqların əsas mövzusunu Koreya yarımadasındakı vəziyyət təşkil edəcək. Bundan əvvəl R.Tillerson Yaponiya və Cənubi Koreyaya səfər edib.
 





18.03.2017    çap et  çap et