525.Az

Nyu-Yorkda hökumətin miqrasiya siyasəti əleyhinə yürüş


 

Nyu-Yorkda hökumətin miqrasiya siyasəti əleyhinə yürüş <b style="color:red"></b> Nyu-Yorkda Müqəddəs Patrik günü münasibətilə 150 min insanın iştirakı ilə yürüş keçirilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yürüş iştirakçıları hökumətdən miqrasiya siyasətinə yenidən baxmağı tələb ediblər.
 
Yürüşdə Nyu-Yorkun meri Bill de Blazio, şəhərin polis komissarı Ceyms Onil və Nyu-York ştatının qubernatoru Endryu Kuomo iştirak ediblər.
 
“Hökumət ölkədə yaşayan insanları bir-birindən ayırmaq istəyir. Lakin Nyu-York – irlandiyalılar, italyanlar, yəhudilər, müsəlmanlarındır. Birimizə edilən hücumu hamımıza edilmiş hücum kimi dəyərləndiririk”, deyə E.Kuomo bildirib.
 





18.03.2017    çap et  çap et