Cari ilin iyunun 2-də "Bakıtikişsənaye" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin Direktorlar şurasının yaydığı elanda deyilir.
İclasın gündəliyinə daxil olan məsələlər bunlardır:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə Təftiş komissiyasının hesabatı;
- təşkilati məsələlər (Müşahidə şurası və Təftiş komissiyasının tərkibinə baxılması);
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, H.Əliyev küçəsi, 1008-ci məhəllədəki binada keçiriləcək.