525.Az

Putin özünü Stalinin davamçısı saymır


 

Putin özünü Stalinin davamçısı saymır<b style="color:red"></b>

Canlı yayımda sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünü Stalinin davamçısı saymadığını bildirib.

"Exo Moskvı" radiosunun baş redaktoru Aleksandr Venediktovun sualını cavablandıran Putin iş metodlarının Stalinin metodlarına bənzəmədiyini deyib.

Prezident qeyd edib ki, Stalin dövrünün xarakterik əlamətləri şəxsiyyətə pərəstiş, repressiyalar və kütləvi qanun pozuntuları olub: "Amma müasir Rusiyada bunlar yoxdur və ola da bilməz. Cəmiyyət dəyişib və belə şeylərə yol verməz".

Dövlət başçısı Rusiyada məhkəmələrin sifarişli olduğuna dair iddiaları da rədd edib və məhkəmə qərarlarının qanunlar əsasında verildiyini deyib: "Kimsə kimsəni xüsusi olaraq həbsdə saxlamır"

TRT

 





25.04.2013    çap et  çap et