525.Az

Boston bombaçısından etiraflar


 

Boston bombaçısından etiraflar<b style="color:red"></b>

Boston şəhərində 10 gün əvvəl partlayış törətdiyi iddia edilən Cövhər Tsarnayev günahını etiraf edib.

İstaintaqı davam edən Tsarnayev 3 nəfərin ölümünə səbəb olan partlayışın törədilməsində iştirak etdiyini deyib. Ancaq bu etiraf Federal Təhqiqatlar Bürosu rəsmilərinin Tsarnayevə konstitusion haqlarını oxumasından və bir vəkil tutmaq haqqının olduğunu bildirməsindən əvvəl baş verib.

İfadənin məhkəmədə sübut kimi istifadə edilib-edilməyəcəyi hələ məlum deyil.

Polis bombaların oyuncaq maşınların uzaqdan idarəetmə mexanizmiylə partladıldığını açıqlayıb. Qazana yerləşdirilən partlayıcıların bir hissəsinin əməliyyat əsnasında öldürülən Tamerlan Tsarnayev tərəfindən fişəng satan bir mağazadan alındığı müəyyənləşib.

 





25.04.2013    çap et  çap et