525.Az

ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək


 

ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək<b style="color:red"></b> ABŞ hökuməti ölkəyə gələn təyyarələrdə elektron qurğuların daşınmasını qadağan etmək niyyətindədir.
 
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Ağ Evin nümayəndəsi bildirib.
 
Məlumata görə, bu addımın terror təhlükəsi ilə əlaqəli olduğu bildirilir. Qadağa azı 10 ölkə və ölçüsü mobil telefonlardan iri olan qurğulara (noutbuklar, planşetlər, kameralar və s.) şamil ediləcək. Eyni zamanda qadağa ABŞ aviaşirkətlərinə toxunmayacaq.
 
Qərarla bağlı rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
 





21.03.2017    çap et  çap et