525.Az

Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir


 

Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir<b style="color:red"></b> Qara dənizdə NATO üzvü olan 4 ölkə ilə Ukrayna birgə hərbi təlimlərə başlayıblar.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Qeniçesk”  tral gəmisi və NATO-nun mina əleyhinə  daimi gəmilər qrupu cəlb edilib.
 
Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.
 
Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.
 





21.03.2017    çap et  çap et