525.Az

Güclü külək Gürcüstanda fəsadlar törətdi


 

Güclü külək Gürcüstanda fəsadlar törətdi<b style="color:red"></b> Martın 20-də əsən güclü külək Tiflis daxil olmaqla Gürcüstanın şərq bölgəsində fəsadlar törədib.
 
APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə arabir küləyin sürəti saniyədə 20-25 metrədək yüksəlib.
 
Məlumata görə, güclü külək Tiflisdə, Qoridə və Rustavidə evlərin damlarını uçurub, pəncərələri sındırıb, ağacları kökündən çıxararaq aşırıb, küçələrdə dayanan avtomobillərə ciddi ziyan vurub.
 
Qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq xidmətlər gücləndirilmiş iş rejiminə keçiblər.
 





21.03.2017    çap et  çap et