525.Az

"Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər"


 

"Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər"<b style="color:red"></b> Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
 
“Türkiyə və Rusiya münasibətlərinə yeni nəfəs gətirib, normallaşdıra biliblər”, deyə nazir bildirib.
 
Bununla belə M.Çavuşoğlu vurğulayıb ki, rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-ABŞ münasibətlərinə toxunan nazir deyib ki, ölkəsi  ABŞ-ın yeni adminstrasiyası ilə məhsuldar əməkdaşlıq qurmaq niyyətindədir.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Vaşinqtonda İŞİD-lə mübarizəyə həsr edilmiş toplantıda iştirak edir.
 





22.03.2017    çap et  çap et