525.Az

Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək


 

Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.
 
APA-nın “AFP” agentliiynə istinadən verdiyi xəbərə görə,  bu barədə NATO-nun rəsmi nümayəndəsi bildirib.
 
Məlumata əsasən, aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.
 
Yanvarda  D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir:
 
“Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”.
 





22.03.2017    çap et  çap et