525.Az

Şimali Koreya raket buraxılışı həyata keçirdi


 

Şimali Koreya raket buraxılışı həyata keçirdi<b style="color:red"></b> Şimali Koreya raket buraxılışı həyata keçirib.
 
APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.
 
Raketin ölkənin şərqindəki Vonsan şəhərindən buraxıldığı ehtimal edilir.

İlkin məlumata əsasən, növü məlum olmayan raketin sınaq buraxılışı uğursuz olub.
 
Qeyd edək ki, martın 19-da KXDR rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil raket mühərrikini sınaqdan keçirdiyini, martın 7-də isə ABŞ və Yaponiya hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.
 





22.03.2017    çap et  çap et