525.Az

"Tramp NATO-nun sammitində iştirak edəcək"


 

"Tramp NATO-nun sammitində iştirak edəcək"<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
 
“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.
 
Bundan əvvəl aprelin 12-də  ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.
 





22.03.2017    çap et  çap et