525.Az

Türkiyə XİN-dən PKK bəyanatı


 

Türkiyə XİN-dən PKK bəyanatı <b style="color:red"></b> "Hollandiyada Novruz şənlikləri adı altında keçirilən nümayişlərdə PKK rəmzləri və terrorçu liderin şəkillərinin dalğalandırılması bu ölkənin hakimiyyət orqanlarının Türkiyəyə qarşı qərəzli və dost olmayan münasibətinin növbəti təzahürüdür".

APA-nın məlumatına görə, bu barədə Haaqa və Amsterdamda keçirilən PKK nümayişlərinə dair Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Türkiyədə keçiriləcək referendumu hədəf alan terror təşkilatına Hollandiyada nümayişlər keçirməyə icazə verilməsi qəbuledilməzdir:

“Türkiyə hakimiyyət nümayəndələrinin bu ölkədə yaşayan türk icması üzvləri ilə görüşünün qarşısının alınması, diplomatik və konsulluq münasibətlərinə aid konvensiyaların, toplaşma və söz azadlıqların pozulması fonunda Hollandiyanın bu addımı xüsusilə qəbuledilməzdir”.
 
Bəyanatda o da bildirilib ki, Hollandiyanın bu addımı nəinki Türkiyəyə qarşı ikili standartlar siyasətin növbəti nümayişi, həmçinin bəşəri dəyərləri təhrifi təcrübəsinin təəssüf doğuran nümunəsidir.
 





22.03.2017    çap et  çap et