525.Az

Bakıda metronun qarşısında qanlı hadisə


 

Bakıda metronun qarşısında qanlı hadisə<b style="color:red"></b> Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
 
Nəsimi RPİ, 22-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, metronun “28 May” stansiyası yaxınlığında 30-40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Daxilə nüfuz etmiş xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə aparılıb.
 
Hazırda hadisənin kim tərəfindən, hansı şəraitdə törədilməsi və digər suallar ətrafında araşdırmalar aparılır.
 





26.04.2013    çap et  çap et