525.Az

Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb


 

Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 146 mln. 044,9 min dollar təşkil edib.

"APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin iki ayı ilə müqayisədə 43 mln. 517,7 min dollar və ya 42,44% çoxdur.
 
Gürcüstanın xarici ticarət dövriyyəsinin 10,3%-i Azərbaycanın payına düşür.
 
Ötən iki ay ərzində Gürcüstandan Azərbaycana 18 mln. 494,1 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 8 mln. 391,2 min dollar və ya 83,06% çoxdur. Gürcüstanın ixracının 5,2%-i Azərbaycanın payına düşür.
 
Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 127 mln. 550,8 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 35 mln. 126,5 min dollar və ya 38% çoxdur. Gürcüstanın idxalının 12% Azərbaycanın payına düşür.
 





23.03.2017    çap et  çap et