525.Az

ABŞ-dan PKK-nın çəkilmə qərarına ilk reaksiya


 

ABŞ-dan PKK-nın çəkilmə qərarına ilk reaksiya<b style="color:red"></b>

Terror təşkilatının Türkiyədən çıxma qərarına ABŞ-dan ilk reaksiya gəlib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin sözçüsü Patrik Ventrell terror təşkilatının qərarını müsbət addım kimi dəyərləndirib.

30 ildən çoxdur terrorun davam etdiyini xatırladan sözçü "Türkiyə hökumətini və bu prosesdə iştirak edənləri daimi sülhə verdikləri dəstəyə görə alqışlayırıq" deyib.

Ventrell ABŞ-ın Türkiyəyə demokratiya və inkişaf yolunda dəstəyinin davam edəcəyini bildirib.

 





26.04.2013    çap et  çap et