525.Az

AFFA-dan hakimləri təhqir edən məşqçiyə ağır cəza


 

AFFA-dan hakimləri təhqir edən məşqçiyə ağır cəza<b style="color:red"></b>

Azərbaycan I divizionunda mübarizə aparan MOİK klubunun baş məşqçisi Ramil Əliyev AFFA İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qalıb.

Qol.az-ın xəbərinə görə, gənc məşqçi I divizionun XXI turunda “Şəmkir”lə ev oyununda hakimlər briqadasını təhqir etdiyi üçün  5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

Qeyd edək ki, MOİK – “Şəmkir” matçı qolsuz heç-heçə ilə başa çatıb.

 





24.03.2017    çap et  çap et