525.Az

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi


 

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi<b style="color:red"></b> Rusiya hüquq-mühafizə orqanları Bakıda doğulan ermənini İnterpol xətti ilə axtarışa verib.
 
APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir.
 
Rusiya hüquq-mühafizə orqanları A.Arzumanyan barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İntrerpola müraciət ünvanlayıb.
 





25.03.2017    çap et  çap et