525.Az

Boston bombaçısıyla bağlı yeni iddia və şübhələr


 

Boston bombaçısıyla bağlı yeni iddia və şübhələr<b style="color:red"></b>

ABŞ polisi Bostondakı partlayışı törədən çeçen qardaşların Nyu-Yorkdakı Tayms meydanında da bombalı terror aktı planlaşdırdığını açıqlayıb.

Nyu-York Baş Polis İdarəsinin rəisi Reymond Kelli mətbuata verdiyi açıqlamada bildirib ki, həbs edilən Cöhvər Tsarnayev qardaşı Tamerlanın həbs edilmədən əvvəl - aprelin 18-də Nyu-Yorka gedib qalan partlayıcı maddələrlə Bostondakı qazan bombasından daha birini hazırlamağı planlaşdırdığını deyiib. Kelli Tsarnayev qardaşlarının bu məsələni Bostondakı partlayışdan sonra maşında da müzakirə etdiklərini, amma Tamerlanın öldürülməsi və Cöhvərin həbsinin plana mane olduğunu bildirib.

"Associated Press" agentliyi isə Cövhər Tsarnayevin susma haqqından istifadə edəcəyinə dair qanunun oxunmasından əvvəl FTB əməkdaşlarına hücumdakı roluyla bağlı məlumat verdiyini xəbər verib. Tsarnayev ABŞ-ın Əfqanıstan və İraqda müsəlmanları öldürməsinə hirsləndiklərini söyləyib.

Bostonda isə Cövhər Tsarnayevin necə yaralandığıyla bağlı diskussiyalar başlayıb. Boston Polis İdarəsinin rəisi Ed Devis Tsarnayevin yaralanmadan əvvəl bir saata yaxın polislə vuruşduğunu, hadisə yerində olan iki polis məmuru isə çeçen gəncin yaxalandığı əsnada silahsız olduğunu bildirib. Bu da şübhəlinin necə yaralandığına dair sualları artırıb. Ancaq Ed Devis bu haqda suallara cavab verməyib.

TRT

 





26.04.2013    çap et  çap et