525.Az

Fikrət Qocaya - şeir


 

Fikrət Qocaya - <b style="color:red">şeir</b>

Həyat qəmli notlarla çıxdı
önünə sənin.
Bir nəğmə də yazdı
ömrünə-gününə sənin.
Ürəyin oxudu,
gözlərin doldu.
Nəğmələrin payız çiçəyi kimi
saçını yoldu.
Bir oğul itkisi
bir sinə dağıdır.
Qəlbini dilləndirən
sevinc dolu nəğmələr deyil,
kədər üzlü ağıdır.
İndi səsin də açılacaq,
ya segah üstə,
ya da şur üstə.
İndi qıyha çəkəcək ruhun,
ürəyimizi yandıracaq
Qarabağı şikəst qoyan şikəstə.
Şair qəmlənəndə
Sözün üstünə
buludlar çökür.
Söz ağlayanda
göylər göz yaşı tökür.
Bilirəm, qəm aparmayacaq səni,
Ruhunu cismindən
qoparmayacaq sənin.
Qəlbimizi oynadan nəğmələr
susmayacaq bir də.
Yarımçıq qalmış
arzular kimi
çiçəkləyəcək
ata məhəbbəti ilə isinən
qəbir də.

Bilal ALARLI

 





28.03.2017    çap et  çap et