525.Az

FİFA-dan Messiyə ağır cəza


 

FİFA-dan Messiyə ağır cəza<b style="color:red"></b>

FİFA Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb. Bundan başqa ona  10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Qeyd edək ki, “Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa bilər.

 





28.03.2017    çap et  çap et