525.Az

Gənc ifaçılar Filarmoniya səhnəsində


 

Gənc ifaçılar Filarmoniya səhnəsində<b style="color:red"></b>

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında gənc ifaçıların konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva konsertin proqramı barədə məlumat verib.

Bildirib ki, konsert Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında reallaşıb. Konsert proqramında Bakı Musiqi Akademiyasının tələbələri - beynəlxalq və respublika müsabiqələr laureatları və Prezident təqaüdçüləri iştirak edir. O, gənc musiqiçilərə uğurlar arzulayıb.

Böyük maraqla qarşılanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

 





30.03.2017    çap et  çap et