525.Az

Azərbaycanda prorektorun rüşvəti aldığı anın videosu


 

Azərbaycanda prorektorun rüşvəti aldığı anın <b style="color:red">videosu</b>

Aprelin 15-də tələbədən rüşvət aldığına görə saxlanılan Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev rüşvət aldığı videonu sizə təqdim edirik.

Videoda prorektorunun göz xəstəliyindən əziyyət çəkən və müalicə almaq üçün akademik məzuniyyət istəyən tələbəni günlərlə müxtəlif bəhanələr get-gələ salması və ondan bunun müqabilində 500 manat məbləğində rüşvət istəməsi göstərilir. Qorxmaz Ağayev tələbənin xahişlərindən sonra tələb etdiyi rüşvətdə 100 manat "endirim" etməyə razı olur və ondan tibbi arayışının da yerinə olmasını tələb edir.
.
Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru rüşvəti aldıqdan dərhal sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə üzləşməli olur. İdarənin əməkdaşlarını görən Qorxmaz Ağayev qorxudan aldığı rüşvəti udur və halı xarab olur...

Xatırladaq ki, bu gün LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi, universitetdə Tərbiyə və tədris işləri üzrə prorektor olan Qorxmaz Ağayev həbs olunub. Qorxmaz Ağayev rektorun yaxın qohumu olub.



 





28.04.2013    çap et  çap et