525.Az

Dövlət sərhədini qanunsuz keçməyə görə cərimələr artırılır


 

Dövlət sərhədini qanunsuz keçməyə görə cərimələr artırılır<b style="color:red"></b>

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır.
 
APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

Cinayət Məcəlləsinə əsasən, hazırda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə bu halda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 1500 manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur.

 





31.03.2017    çap et  çap et