525.Az

Qələm dostları Mövlud Mövludu andılar


 

MƏRHUM YAZARIN KİTABININ NƏŞRİ İLƏ BAĞLI MÜZAKİRƏ APARILIB

Qələm dostları Mövlud Mövludu andılar<b style="color:red"></b>

Martın 30-da Yunus Əmrə İnstitutu Bakı Ofisinin binasında mərhum yazar Mövlud Mövludun anım gecəsi keçirilib.

Bugünlərdə faciəli şəkildə dünyasını dəyişmiş Mövlud Mövludun xatirəsini yad etmək onun qələm dostları, ədəbi mühitin fəal nümayəndələri bir araya gəliblər.

Azərbaycan Yaradıcılıq Fondunun (AYF) təşkilatçılığı ilə keçirilən anım mərasimini Fondun Aparat rəhbəri, şair və ədəbiyyatşünas Qismət açaraq, söz mühitimizin Mövlud Mövlud itkisi barədə duyğularını bölüşüb.

O,  mərasimə şərait yaratdıqları üçün Yunus Əmrə İnstitutu Bakı Ofisinin müdiri İbrahim Yıldırıma təşəkkürünü bildirib.

İ.Yıldırım İnstitutun binasının ədəbi-mədəni tədbirlərə açıq olduğunu, istedadlı bir yazarın xatirə tədbirinin təşkilinə yardımçı olmağı mənəvi borc bildiklərini vurğulayıb.  

Tədbir iştirakçılarından Səfər Alışarlı, Fəxri Uğurlu, Şərif Ağayar, Seyfəddin Hüseynli, Zahir Əzəmət, Sevinc Çılğın, Rəbiqə Nazimqızı, Anar Amin, Kəramət Böyükçöl və başqaları mərhum yazarla bağlı xatirələrini bölüşüblər.

Onlar və digər iştirakçılar Mövlud Mövludun AYF tərəfindən nəşr ediləcək kitabı barədə fikirlərini açıqlayıb, təkliflərini dilə gətiriblər.  

MÜŞFİQ

 





31.03.2017    çap et  çap et