525.Az

Türk Mədəniyyəti və İrsi Fondundan İpək Yolu ilə bağlı layihə


 

Türk Mədəniyyəti və İrsi Fondundan İpək Yolu ilə bağlı layihə<b style="color:red"></b>

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup alim-tədqiqatçısı ilə görüşüb. Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən görüşdə Böyük İpək Yolunda Fondun üzv dövlətlərinin malik olduğu yer və kəsb etdikləri əhəmiyyətə dair geniş bir layihənin vacibliyi müzakirə edilib.

Fonddan 525.az-a verilən məlumata görə, görüşdə G.Əfəndiyeva İpək Yolunun türkdilli xalqların tarixi-mədəni irsinin, ənənələrinin və dəyərlərinin tanınması, onların bir-birinə daha da yaxınlaşması və inteqrasiyası istiqamətində verdiyi töhfələrdən bəhs edib.

G.Əfəndiyeva, eyni zamanda, türkdilli dövlətlərin İpək Yolunun formalaşması və fəaliyyət göstərməsində oynadığı rolu vurğulayıb.

İlkin mərhələ olaraq “Azərbaycan Böyük İpək Yolu sistemində” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Müasir dövrdə Azərbaycanın və digər türkdilli dövlətlərin əhəmiyyətinin vurğulandığı belə bir layihənin reallaşması müsbət qiymətləndirilib.

Görüşdə layihənin beynəlxalq ictimaiyyətə tanıdılmasının vacibliyi vurğulanıb, layihənin icrası, mərhələləri və verəcəyi nəticələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 





31.03.2017    çap et  çap et