525.Az

Son iki ildə torpaq bazarında təklif 19% artıb


 

Son iki ildə torpaq bazarında təklif 19% artıb<b style="color:red"></b>

2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-yə qalxıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin araşdırmasında deyilir.
 
Ümumiyyətlə, 2014-cü ilin mart ayında bazara 815 torpaq sahəsi çıxarılıb. Beləliklə 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur.

Təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Bu rayonlarda daha çox fərdi yaşayış və bağ evləri satışa çıxarılıb.
 
Səbail - Xətai, Nizami - Qaradağ  rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar - Nərimanov (1%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonlarıdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələrində əsasən çoxmərtəbəli binalar inşa olunub və boş torpaq sahələri çox az saydadır.
 
Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin əsas payını kiçik sahəli torpaqlar (0-10 sot) tutur - 70,8%. Təklif portfelində orta sahəli torpaqlar (10-100 sot) 28,8% paya malikdir. Ən az paya sahib olan böyük sahəli torpaqlar (101-700 sot) üzrə təklif 0,4% təşkil edir. Beləliklə, Bakı şəhərinin rayonları üzrə satışa çıxarılan torpaq sahələri əsasən kiçik sahəli torpaqlardır.

Qeyd edək ki, təklif olunan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73%, “kupçasız” isə 27% təşkil edib.

 





31.03.2017    çap et  çap et