525.Az

"Son tanqo" təqdim ediləcək


 

"Son tanqo" təqdim ediləcək<b style="color:red"></b>

Aprelin 8-i saat 15:00-da gənc şairə Gülsadə İbrahimlinin "Son tanqo" kitabının təqdimatı keçiriləcək.

525.az-ın məlumatına görə, kitabda gənc qələm sahibinin müxtəlif illərdə yazdığı şeirlər toplanıb.

Təqdimat "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin konfrans zalında keçiriləcək.

Ünvan: Məhəmməd Naxçıvani küçəsi 1 (Dövlət Statistika komitəsi ilə üzbəüz).
 
Əlaqə nömrəsi: 050-210-06-21

 





31.03.2017    çap et  çap et