525.Az

Əziz Yıldırımdan Azərbaycanla oyunla bağlı etiraz


 

Əziz Yıldırımdan Azərbaycanla oyunla bağlı etiraz<b style="color:red"></b>

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasına etiraz edib.

Qol.az-ın xəbər verir ki, klubun jurnalı üçün yazdığı yazıda o, ölkənin U-21 millisinə “Fənərbaxça”dan futbolçu dəvət edilməməsinə görə narazılığını bildirib.

Əziz Yıldırım Türkiyənin U-21 komandasının bugünlərdə Ukrayna və Azərbaycanla yoxlama oyunu keçirdiyini xatırladıb. Ə.Yıldırım “Fənərbaxça”nın U-21 liqasında lider olmasına baxmayaraq, sözügedən matçlara klublarından bir oyunçunun belə dəvət edilmədiyindən təəssüfləndiyini bildirib.

O, məsələ ilə əlaqədar TFF prezidenti Yıldırım Dəmirörənə müraciət etdiyini də yazıb:
 
“Fənərbaxça”dan U-21 millisinə futbolçunun çağırılmamasında heç bir məntiq yoxdur. Bu, obyektivlikdən uzaq, türk futbolunun inkişafının qarşısını alan qərardır”.

 





01.04.2017    çap et  çap et