525.Az

Türkiyədə Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı təqdimat keçiriləcək


 

Türkiyədə Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı təqdimat keçiriləcək<b style="color:red"></b> Aprelin 2-4-də Türkiyənin Antalya şəhərində 25 ölkənin Mərkəzi Bankının rəhbərlərindən ibarət olan İdarə Heyəti Klubunun Orta Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin toplantısı keçiriləcək.
 
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konfransda pul siyasəti və maliyyə sabitliyi ilə iqtisadi dayanıqlığın artırılması məsələsi müzakirə olunacaq. Mətbuata qapalı keçiriləcək konfransda kluba üzv ölkələrdəki hazırkı iqtisadi vəziyyət və maliyyə inkişafı ilə bağlı təqdimatlar olacaq.
 
Qeyd edək ki, Mərkəzi Bankların İdarə Heyəti sədrlərinin təmsil olunduğu Kluba Azərbaycan da üzv olub.
 
Klub Orta Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin Mərkəzi Bankları arasında əlaqələri inkişaf etdirmək, bankçılıq və maliyyə sahələrində texniki əməkdaşlıq imkanlarını araşdırmaq, maliyyə və mərkəzi bankçılıq mövzularında informasiya mübadiləsini və əməkdaşlığını həyata keçirmək üçün 1991-ci il 1 may tarixində 10 ölkənin Mərkəzi Bankının imzaladığı protokolla yaradılıb.
 





01.04.2017    çap et  çap et