525.Az

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə qiymətlər necə təyin olunacaq?


 

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə qiymətlər necə təyin olunacaq?<b style="color:red"></b> “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların ümumi bir tarif siyasəti, yuxarı və aşağı həddi var”.
 
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
 
“Daşınan yük üçün qiymət hər kilometrə görə təyin olunacaq və bu qiymət hər daşınan yükün getdiyi marşrut boyu keçərlidir. Yükdaşıma forması çoxdur.
 
Neft məhsulları, qida, tikinti məhsulları və digər yükdaşımalar üçün ayrıca qiymət formalaşdırılacaq.

Ukrayna da bu yaxınlarda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşuldu və müvafiq sənədlər imzalanandan sonra vahid tarif tətbiq olunacaq.

Ödənişlərə gəlincə, bu, ərazidən asılı olacaq.
 
Tutaq ki, Qazaxıstan ərazisindən keçən xətt 3000 kilometrdir. Oradan keçən yük üçün çox ödəniş olacaq.  Amma Gürcüstanda bu xəttin uzunluğu 500 kilometrdir. Buna görə də burada ödəniş azalacaq”, - deyə qurum sədri bildirib.
 





01.04.2017    çap et  çap et