525.Az

Serbiyada prezident seçkilərində baş nazir qalib gəlir


 

Serbiyada prezident seçkilərində baş nazir qalib gəlir<b style="color:red"></b> Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Ipsos Strategic” agentliyi tərəfindən keçirilən "exit-pol”un nəticələrinə əsasən, seçkidə böyük üstünlüklə ölkənin baş naziri Mladen Vuçiç  qalib gəlir. O, seçicilərin 58,1 % səsini toplaya bilib.
 
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
 
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.
 





02.04.2017    çap et  çap et