525.Az

Neymardan 100-cü qol


 

Neymardan 100-cü qol<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Neymar üçün İspaniya La Liqasının 29-cu turunda "Qranada" ilə oyun (4:1) əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın 90-cı dəqiqəsində fərqlənən braziliyalı hücumçu Kataloniya klubundakı 100-cü qolunu vurub. O, bu qolları 177 oyunda  vurub.

Qeyd edək ki, Neymar klubun tarixində 100 qol vuran 3-cü braziliyalı oyunçu olub. Bundan əvvəl Rivaldo (130 qol) və Evaristo (105) 100 qol səddinə çatıb.

 





03.04.2017    çap et  çap et