525.Az

Marneulidəki “Ana abidəsi” mədəni irs siyahısına daxil edildi


 

Marneulidəki “Ana abidəsi” mədəni irs siyahısına daxil edildi<b style="color:red"></b> Marneulidə yerləşən tarixi “Ana abidəsi” Gürcüstanda mədəniyyət və abidələrin mühafizəsi nazirliyi tərəfindən mədəni irs siyahısına daxil edilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə girişdə yer alan abidə Böyük Vətən Müharibəsinin 30 illiyi münasibətilə ucaldılıb.
 
Abidənin müəllifi görkəmli gürcü heykəltaraşı Merab Berdzenişvilidir. Abidə hazırda Marneulidə ziyarət yerinə çevrilib.

Yeni evlənən gürcü və azərbaycanlı gəncləri bu abidənin qarşısına gül-çiçək dəstələri qoyur, şəkil çəkdirir.
 





03.04.2017    çap et  çap et