525.Az

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi


 

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi<b style="color:red"></b> Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





03.04.2017    çap et  çap et